Вы просматриваете: Главная >Архив для Yanvar, 2019

DÖRDLÜK

Ömrü dərya bilib üzən adamlar, Bir-birin ağrıyla üzən adamlar. Hər zaman önündə haqqı qul bilib Haqqın boğazını üzən adamlar… 15.01.2019

DEDİKLƏRİM

Həyatın ibrət dərslərini dərk etməyənlər uduzmağa məhkumdurlar… *** Başı işlətməkdənsə, dili işlədirlər…

İKİLİK

Yaltaqlar artıqca vicdan sozalır, Düşünən başların sayı azalır… 12.01.2019

Məzlumun harayı zalıma çatmaz, Yatmış vicdanını fəryad oyatmaz… 13.01.2019