Вы просматриваете: Главная >Архив для Yanvar, 2018

ŞƏHİDLƏR XİYABANI

Əsarətinə üsyan dünyanın qəm adası, Nakam olmuş canların şəhid ruhlar odası, Zəncirləri qırılmış Vətənin qan-qadası, Şəhidlər Xiyabanı! Gözü yaşlı analar saçın yolur ah ilə, Məmləkət üsyan edir qul olmuş sabah ilə, Allah necə barışır bu suç, bu günah ilə?… Şəhidlər Xiyabanı! Xonçası qara geymiş igidin yas ocağı, Çocuğu gözü yaşlı gəlinlərin qucağı, Əli qanlı cəlladın […]

“NİSYƏ DƏFTƏRİ”

   Sənə üz tutanlar artır günbəgün, Millətin əlacı “nisyə dəftəri”. Açılmır atılan bəxtlərə düyün, Sağ saxlarsan acı “nisyə dəftəri”.   Banklardan asılan ciblər soyulur, Gözlər buludlayır, qəlblər oyulur, Ölən ümidlərə imza qoyulur, Qəlbə düşən sancı “nisyə dəftəri”.   Gecə yuxulara gələrsən qəfil, Şeytan qəhqəhəylə gülərsən qəfil, Acından ölənlə ölərsən qəfil, Kasıbın amacı “nisyə dəftəri”.   […]

CAN AĞLAYIR

Bu qədər zülümlərə dözmək olarmı, Allah? Dünyanı çalxalayır edilən min cür günah, Nalədən üsyan edir açılan hər bir sabah, Yeri, göyü yandırır sinələrdən qopan ah, Ürəyim qan ağlayır, Hər zülümə can ağlayır. Haqsızlıqlar talayır beyinlərin içini, Gedir bəşər içində vicdanların biçini, İnsan yamanlığıyla sürür ömür köçünü, Bir qurda yem edirlər min biçarə keçini, Çəkir binəva […]

İKİLİK

Həyat ağrısına əymə özünü, Udar ocaq təki içdən közünü…