Вы просматриваете: Главная >Архив для Dekabr, 2017

  HIYLƏ DÖVRAN EDİR   Hiylə dövran edər hər an qanında Namərdin imanı, dini olmayır. Dünyada heç zaman Allah yanında Bəxti qara olur, günü olmayır.   Məkirlə dünyanın başın tovlasa, Bütün yer üzündən haqqı qovlasa, Fəndiylə, feliylə düzü ovlasa Heç səsi, sədası, ünü olmayır.   Çəkər imanını Rəbb, hesabına, Elə zəhər qatar tale qabına, Nə […]

MAVİ YUXULARIM

Gecələr qara örtüklü fələklər, Mavi donlu mələklər, Mavi tüllər çəkir gözlərimə, Alovdan don biçir sözlərimə… Alır ağuşuna könlümü diləklər, Sanki bəmbəyaz küləklər, Mavi yuxular, bağrımı didən qorxular, Atır məni kainatın izlərinə, Batıram fikir dənizlərinə, Göydə durnalar təki, Vücudum ən yüngül çəki, Pənbə buludların üzəriylə uçuram, Gah röyadan və yalandan qaçıram. Gah da əlçatmaz, ünyetməz, Bu […]

SAZIM ÇAL

Dərdlərimin təzəsi çox, azı yox, Ölər ömrün sərt qışı var, yazı yox, Heç alında yazım kimi yazı yox, Yaralanmış könlü al, Qopuzum çal, sazım çal. Mən gələli dünya yaman dünyadır, Yazıq başım gecə-gündüz qaldadır, Var-dövləti gözümüzü aldadır, Yaralanmış könlü al, Qopuzum çal, sazım çal. Ellərimin qan ağlayan gözləri, Alışdırır bağrın için közləri, Yağılara göz dağıdır […]

ŞİKAYƏT EDİR

  Çox vaxt yolu açıq hər bəd niyyətin, Hamı ürəyindən şikayət edir. Bir kimsə görməyir öz səadətin, Ürəyin dediyin hekayət edir.   Ürək də atılmış bir can kimidir, Bədəndən küsəndə hicran kimidir, Hər doğulan insan bir an kimidir, Gəldiyi dünyanı səyahət edir.   Adam da planet təki parlayır, Özünü cahana bir sakin sayır, Canından bezəndə […]