Вы просматриваете: Главная >Архив для Yanvar, 2018

ƏLİ-QOLU BAĞLILARIN

  Əli, qolu bağlıların, Qolların güc aça gərək. Haqq parlada ağılların, Sözləri od saça gərək.   Gün getməyə boş-boşuna, Bürünməyə göz yaşına, Ömür düşsə sərt qışına, Qışdan yaza qaça gərək.   Əyilmə heç çətinliyə, Əyildinsə can inləyə, Qəlb zəkanı çox dinləyə, Qanad açıb uça gərək.   Hər möhnətin xoş günü var, Hər kələfin düyünü var, […]

İSTİQLALIN SORAĞI

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür!   İSTİQLALIN SORAĞI   İstiqlalımızın Öndəri Məmməd Əmin Rəsulzadəyə…   Azərbaycan davasıyla gəzdin ölkəbəölkə, Hər cür ağrı-acılara dözdün ölkəbəölkə, Pak bağrını əzablarla üzdün ölkəbəölkə, İstiqlalı ürəyində yaşatdın, Məmməd Əmin, Qəlbdə şanlı heykəlini ucaltdın, Məmməd Əmin.   Ey millətin fədaisi, ey başı uca öndər, Köləliyə usyan dedin, düşdün yurddan […]

DEYİRLƏR

İkimiz də bir zamanın övladı, Biri sənsən, biri mənəm deyirlər. Beynimizdə cövlan edir eşq adı, Ona canda nazlı sənəm deyirlər.   Gah yuxuya girib qəlbi küyləyir, Gah özünü mələk sayaq eyləyir, Səndən mənə, məndən sənə söyləyir, Ocaq çatıb yanır sinəm deyirlər.   Qanımıza hicran girib qaynayır, Günümüzlə, ayımızla oynayır, Qol götürüb dərdimizə oynayır, Göz buluddu, […]

İNSAFI YOXMU?

Qəlbə acı çəkdirənin, Bir azca insafı yoxmu? Bu dünya batıb günaha, Heç içində safı yoxmu? Dörd yanımda nalə, şivən, Kimə üz tut, kimə güvən, Ürək tutan, könül sevən, Əqildən sərrafı yoxmu? Cilidlənib xeyirlə şər, Fitnələrə uyub bəşər, Göylər uçub yerə düşər, Haqq arayan sufi yoxmu? Bu dünya üzü acıdır, Təmizlik tək əlacıdır, Şadimanın ruh tacıdır, […]