Вы просматриваете: Главная >Архив для Oktyabr, 2017

DÖRDLÜK

Hönkürür bu sabah gözü leysanın, Kəsmir təbiətə Tanrı ehsanın. Axa üz-gözündən dola köksünə İçinin kirini yuya insanın… 17.10.2017

ÖZÜN YAZ İNDİ

    Könlümün simlərin çalma demişdim, Çaldn, sözlərini özün yaz indi. Qəlbimi əlimdən alma demişdim, Aldın, sənə qalan hər gün naz indi.   Qoxla həsrətimi qızıl gül kimi, Nalə çək gizlincə bir bülbül kimi, Süzül pəncərəmə əsən tül kimi, Acı vüsalına məzar qaz indi.   Səhər də zülmətdən qaçır bilirsən, Ayrılıq qapını açır bilirsən, Ruhum […]

TORPAĞININ QOXUSU 

Torpağının qoxusunu ciyərimə çəkdim, Könlümə eşqin dolu çiçəklər əkdim. Hərdən qəhərim, hərdən fərəhim oldun. Haqqım tapdalanda, ürək dolusu zəhərim oldun. Xoşbəxt günlərimin sevinci, Heç nəylə əvəz olunmayan bir inci, Sənə çox göstərdilər küncü. Küncdən çıxıb hayqırdın, Buxovları, zəncirləri, qandalları qırdın, Özünü qızmış şirtək düşmən üstünə vurdun, Köləliyin qəsdinə durdun. Dilinin yasağın unutma, Yad havaları tutma. […]