Вы просматриваете: Главная >Архив для Noyabr, 2016

Ya İlahi

*** Ya İlahi, ürəyim qüssədən al qan oldu, Eşq odunda əriyib dərdə düşən can oldu. Ya İlahi, bu fələk qoymadı bir kama yetəm, Ciyərim yandı tamam atəşə büryan oldu. Ya İlahi, yetişən olmadı bir imdadıma, O səbəbdən də peşəm naləvü-əfqan oldu. Ya İlahi, sel olub göz yaşım axdı çəmənə, Gülləri rəngi o üzdən belə əlvan […]

SƏLAM OLSUN

Bu dünyanın hər üzünü Görənlərə səlam olsun. Qatlayanda şər dizini Ərənlərə səlam olsun. Ala zaman çələyini, Döyə şərin diləyini, Hər namərdin biləyini, Gərənlərə səlam olsun. Heç dönməyə haqq yolundan, Buxov düşə mərd qolundan, Həqiqəti öz kolundan Dərənlərə səlam olsun. Dərya qopmaz mayağından, Qəlb dönməsin dayağından Şəri dartıb ayağından Sərənlərə səlam olsun. Haqq çıxarda səs-səmrini, Tütyə […]

HAQQA NECƏ YETİRİM?

HAQQA NECƏ YETİRİM? Alışıram içimdə kor olmuş istəklərə, Ürəyim ağı deyir can verən diləklərə, Dönürəm qasırğalı, davakar küləklərə, Cəhd edirəm yetişim ünyetməz mələklərə, Səsimi, nəfəsimi asimana ötürüm, Bu dünyanın harayın haqqa necə yetirim? Özümü kökləyirəm buludların zövqünə, Çapır o xəyal atım səmaların fövqünə, Çırpınır köks içində könül həyat şövqünə, Alışır dəli ürək atəşinin sövqünə, İstəyirəm […]

ÇƏKİL GET, QARA BULUD…

Çəkil get, qara bulud, qəlbə divan eləmə, Al sabahın sinəsin qəmə ünvan eləmə. Duyğularım gah göydə, gah yerdə avazlanır, Ürəyimdə dünyanın min bir dərdi yazlanır, Kədər mənə ərk edir, bu sinəmdə nazlanır, Ruhun zənguləsinə təbim yenə sazlanır, Beyitlərin içində misralar pərvazlanır… Çəkil get, qara bulud, könlü xarab eləmə, Mənim fəryadlarıma iblis tək tab eləmə. Yenə […]