Вы просматриваете: Главная >Архив для Sentyabr, 2016

ÜRƏYİMDƏ QORUYA BİLSƏM

Bütün xatirələr dola qəlbimə, Tək sənin eşqinlə yarıya bilsəm. Baxışın sevgini sala qəlbimə, Səni ürəyimdə qoruya bilsəm. Pıçıltın könlümə dolan meh ola, Könlümü ram edən bir fateh ola, Kirpikdə gizlicə yatan şeh ola, Səni ürəyimdə qoruya bilsəm. Dönüb xəyallara gizli gəlirsən, Ruhumun nə çəkirsə, onu bilirsən, Ömür çox qısadır sonu bilirsən, Səni ürəyimdə qoruya bilsəm. […]

QUSAR NƏĞMƏLƏRİ (Yeni şeirlər silsiləsindən) RUHUMA MƏLHƏMDİR Bu necə sehirdir, necə tamaşa? Qəlbimə məlhəmdir özü Qusarın. Verib çinarları dosttək baş-başa, Günəşdir manqalda közü Qusarın. Söyüdlər göstərir göylərə boyun, Buludlar səmada qurur min oyun, Dağlar göy atlasdan geyinib donun, Çiçəyə bürünüb düzü Qusarın. Yaşıl yamacları ürəyi açır, Şəlalə zirvədən dərəyə uçur, Quşlar cəh-cəh vurur, buludlar qaçır, […]