Məddahlıq zamanın ürəyinə ox O ziyan gətirir beyinlərə çox. Bitirir dünyada fəlakətləri, Yerlə-yeksan edir məmləkətləri. Kirlədir məkriylə bə‘zən saf suyu, Qazıyır insana ən dərin quyu. Məddahlıq insanı Allah eyləyir, Allahın önündə günah eyləyir. Beyni zəhərləyir çürük kam ilə, Zehində dolaşır bu ehkam ilə. Məddahlıq doğurur fitnə-fəsadlar, Ona ürcah olur qəlbi kəsadlar. O alıb sürüyür bəşəriyyəti, […]
SOYULMAĞA ÖYRƏŞMİŞİK Nə gərəkdir ahu-fəğan eyləmək, Ağrımızı aləmlərə söyləmək, Olanlara oldu deyib neyləmək? Bizimki də belə gəlmiş, a millət Soyulmağa öyrəşmişik, a millət. Cibimiz boş, xoş güzəran ararıq, Özümüzü qəm bağrına sararıq, Bir-birini qürbətlərdə sorarıq, Dərdimizlə birləşmişik, a millət. Soyulmağa öyrəşmişik, a millət. Neftimizin pulu axdı sel kimi, Keçdi getdi yanımızdan yel kimi, Diləyimiz ayaqlandı […]
TÖKÜLƏN AL QANUVA ÜRƏK YANIR, EY ŞƏHİDİM, Əyilir önündə an, vaxt dayanır ey Şəhidim, Tökülən al qanuva ürək yanır, ey Şəhidim. Pak növrəstə bədənlər döşənib qəbir evinə, Gözdən axan yaşlarım çevrilib bir can divinə, Çalışıb ağlamıram ki, yağı, düşmən sevinə, Ananın fəryadını yer-göy anır, ey Şəhidim, Tökülən al qanuva ürək yanır, ey Şəhidim. Tabutun üstə […]
AĞI-DASTAN 20 YANVAR 1990-ci il şəhidlərinin müqəddəs ruhuna… Sinəsi yara, Bakı, Yaxdılar qara, Bakı, Yağının fitvasıyla Qarışdı ara, Bakı. Didilən canlarım oy! Tökülən qanlarım oy! Başım, qollarım hanı? Axır köksümün qanı, Qana susayan yağı, Sən verdin, aldın canı? Bağlanan yollarım oy! Zəncirli qollarım oy! İgidim ölmə dayan, Bağlı gözün aç, oyan, Çərxin tərsə çevrilsin, Bizi […]