Вы просматриваете: Главная > Şeirlər > MƏDDAHLIQ ZAMANIN ÜRƏYİNƏ OX

MƏDDAHLIQ ZAMANIN ÜRƏYİNƏ OX

Məddahlıq zamanın ürəyinə ox
O ziyan gətirir beyinlərə çox.
Bitirir dünyada fəlakətləri,
Yerlə-yeksan edir məmləkətləri.
Kirlədir məkriylə bə‘zən saf suyu,
Qazıyır insana ən dərin quyu.
Məddahlıq insanı Allah eyləyir,
Allahın önündə günah eyləyir.
Beyni zəhərləyir çürük kam ilə,
Zehində dolaşır bu ehkam ilə.
Məddahlıq doğurur fitnə-fəsadlar,
Ona ürcah olur qəlbi kəsadlar.
O alıb sürüyür bəşəriyyəti,
Hər zaman çirkindir onun niyyəti.

26.04.2010
Şirin Xanım Kərimbəyli Şadiman