Вы просматриваете: Главная >Архив для Fevral, 2024

XOCALI SOYQIRIMI (POEMADAN PARÇA)

Yandıracaq dağ-daşı, Yurdda hər vətəndaşı, Qurumaz gözüm yaşı, Xocalı qiyaməti. * Göylərdən qan ələyər, Min il keçsə qədd əyər, Dünyadan haqq diləyər, Xocalı qiyaməti. * Ölən bacı, qardaşdı, Yanan torpaqdı, daşdı, Min-min qanlı başdaşdı, Xocalı qiyaməti. * Sındı qolum, qanadım, Yandım, Allahım, yandım, Yağıya savaş andım, Xocalı qiyaməti. * Zülümü düzdə qoyan, Yalanın köksün oyan, […]

DÖRDLÜK

Etdiyin əməli min dəfə ölç-biç, Haqqa səcdə elə, Haqqın yolun seç. Kainat ruhunun məhək daşıdır, Qayıdar özünə işlətdiyin suç!… 15.02.2024

DÖRDLÜK

Hər kəsə aşılmır haqqın qapısı, Aça bilməyənlər ömrünə ası. Keçilə biləndə səbir qalası, Cana barat olur Haqla təması.

DÖRDLÜK

Ədalət qapısı açılmayanca, Əlac olmayacaq dünyada aca. Qanun pərdəsiylə cibi dolduran, Yer tapmaz heç zaman cəzadan qaça. 01.02.2024