Вы просматриваете: Главная >Архив для Yanvar, 2024

İSTİQLALIN SORAĞI

Məhəmməd Əmin Rəsulzadə (tam adı: Məhəmməd Əmin Axund Hacı Molla Ələkbər oğlu Rəsulzadə; d. 31 yanvar 1884, Bakı – ö. 6 mart 1955, Ankara) — Azərbaycanlı dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən biri. Azərbaycan tarixinin ən görkəmli və böyük şəxsiyyətlərindən olub, Azərbaycan milli istiqlal […]

İKİLİKLƏR

Sən əgər ağıla eyləsən səcdə, Könlünün qapısın döyəcək müjdə… *** Axtarma özünü özgə cibində, İlişib qalarsan ömrün dibində! 30.01.2024

GECƏLƏR

Ağladır zülmət için sevgiyə həsrət gecələr, Edir könlüm yenə də qəm ilə niyyət gecələr. Sevdirir eşqə canı, qaçmayır ondan uzağa, Salır ruhla savaşı hissimə izzət gecələr. Ay doğur, qaranlığı qərq edir nura sübhədək, Mən də bu məhəbbətə, edirəm heyrət gecələr. Yummuram gözlərimi, gözləyirəm Dan ulduzun, Tutub dilə onu mən eyləyim söhbət gecələr. Eşqimi bağlamışam kainat […]

SƏN MƏNDƏN ÇOX ÇƏKDİN

Daşıdın ömrümün yükün, ürəyim, Sən məndən çox çəkdin ağrılarımı. Artdı gündən-günə hər gün diləyim, Artladın, ələdin doğrularımı.   Qatlaşdın hər cürə sən əzabıma, Əzablar artdıqca gücün təngidi. Odunu xərclədin iztirabıma, Fikirlər çaxnaşdı, arzum ləngidi.   Mən sənə dərd verdim, sən mənə möhlət, Çevrildin bir ömür sadiq dostuma. Nə qədər çox oldu bu yolda möhnət, Mən […]