Könül qapımı döyən, Özünü şövqlə öyən, Mənə sevdadan deyən Səs tərəfə qaçıram, Dərdə qapı açıram. Qapımda duran uca, Cəftəmi vuran uca, Halımı soran uca, Bu sədaya acıram, Dərdə qapı açıram.
Sən əgər ağıla eyləsən səcdə, Könlünün qapısın döyəcək müjdə… *** Axtarma özünü özgə cibində, İlişib qalarsan ömrün dibində! 30.01.2024