Könül qapımı döyən, Özünü şövqlə öyən, Mənə sevdadan deyən Səs tərəfə qaçıram, Dərdə qapı açıram. Qapımda duran uca, Cəftəmi vuran uca, Halımı soran uca, Bu sədaya acıram, Dərdə qapı açıram.
Göylər gözlərini əliylə sıxdı, Əvvəl yağış yağdı, sonra gün çıxdı. Yuyundu təbiət gur yağmuruyla, Bulud arxasında günəş darıxdı… 13.06.2023