Вы просматриваете: Главная >Архив для May, 2023

İYİRMİ SƏKKİZ MAYISAN

Müstəqillik günü — 1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür. 1990-cı ildən Respublika günü dövlət bayramı kimi qeyd edilir. 15 oktyabr 2021-ci ildən Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü olmuşdur. Qoy müstəqilliyimiz, özgürlüyümüz əbədi olsun! Ürəyində dərdləri qubarlanan, bayramım, Şanlı istiqlal eşqi qamarlanan, bayramım, İzi-tozu silinib hamarlanan, bayramım, […]

UZUN YOLA ÇIXMIŞIQ

Uzun yola çıxmışıq, Yolumuz açıq olsun. Bizi düşmən sayanlar Ayaqda palçıq olsun! İç-çöl dolu xainlə, Vətən, başını qoru! Çoxu maskada dinlə, Varmı nahaqqa soru?! Parçalanmış yurdların yad əllərdə inləyir. Perikdi övladların, Səndən imdad diləyir. Birləş Azərbaycanım, Yetər ki, parçalandıq. Birlik olsun ünvanım, Bəsdir alışıb yandıq. Uzun yola çıxmışıq, Yollar uğurlu olsun. Şəri küncə sıxmışıq, Vətən […]

DÖRDLÜK

İnsan insanlığın qorusun gərək, Könlünə mərhəmət sarısın gərək. Ömür imtahanı çətindən çətin, Çalışıb qiymətdə yarısın gərək. 21.05 2023

DÖRDLÜK

Məni bu dünyadan sürgün et, Allah, Yerində qövür edir nalə dolu ah. Gecə qolu bağlı dustağa bənzər, Sabahın bağrına dikilib silah… 19.05.2023