Könül qapımı döyən, Özünü şövqlə öyən, Mənə sevdadan deyən Səs tərəfə qaçıram, Dərdə qapı açıram. Qapımda duran uca, Cəftəmi vuran uca, Halımı soran uca, Bu sədaya acıram, Dərdə qapı açıram.
Ağıl qəbul etmir hislər deyəni, Qopmayr əlindən dəli yüyəni. Ömrə xidmətçidir, taleyə dəstək, Hər an dilə tutur özün öyəni… 07.05.2023