Könül qapımı döyən, Özünü şövqlə öyən, Mənə sevdadan deyən Səs tərəfə qaçıram, Dərdə qapı açıram. Qapımda duran uca, Cəftəmi vuran uca, Halımı soran uca, Bu sədaya acıram, Dərdə qapı açıram.
Hər kəsə aşılmır haqqın qapısı, Aça bilməyənlər ömrünə ası. Keçilə biləndə səbir qalası, Cana barat olur Haqla təması.