Könül qapımı döyən, Özünü şövqlə öyən, Mənə sevdadan deyən Səs tərəfə qaçıram, Dərdə qapı açıram. Qapımda duran uca, Cəftəmi vuran uca, Halımı soran uca, Bu sədaya acıram, Dərdə qapı açıram.
Ala ruhumuzu könül xoşluğu, Götürə dünyadan bu naxoşluğu. Gülə insanların üzü fərəhdən, Dərdə dərman ola can sirdaşlığı!!! 30.03.2020