Вы просматриваете: Главная >Архив для Fevral, 2020

YAZ HAVASI

  Əsdirirsən küləkləri, Oynadırsan ürəkləri, Qaynadırsan diləkləri, Bitməz boz ay kələkləri, Təbiətin can duası, Yaz havası!   Buludları şığırdırsan, Qarağaları çığırdırsan, Yeri-göyü bağırdırsan, Bir az nolar ağır dursan, Uçar quşların yuvası, Yaz havası.   Titrədirsən şam ağacın, Dincliyinə yox əlacın, Heç nəyə yoxmu inancın? Çərşənbələr başa tacın, Dəyənyin qış qovası, Yaz havası.   Toz-dumana qarışırsan, […]

Qanı torpağında batan Xocalı

    Bu dərdi deməyə dilim gəlməyir, Götürüb yazmağa əlim gəlməyir. Qanı torpağında batan Xocalı, Qanların içində yatan Xocalı. Bu dünya kar olub ağrına sənin, Şəhidlər döşənib bağrına sənin. İlləri tarixə köçürdürük biz, Ürəyə kədəri içirdirik biz. Ey yurdun övladı, dəhşətə susdun, Bəsdir qanun pozan vəhşətə susdun! Xocalı harayın bağır dünyaya, Allahı göylərdən çağır dünyaya! […]

Xocalı soyqırımı

Xocalıda rus və erməni işğalçıları Tərəfindən qanına qəltan olunmuş Minlərlə şəhər sakininin ruhuna… -1- Haqqı-sayım zay oldu, Diləklərim vay oldu, Başım cəllad əlində Axan qanım çay oldu. *** Qarabağ, yarası qan sızan torpaq, Qarabağ, yaralı hər kol, hər yarpaq. Xalqın ölüm-qalım müqəddaratı!.. Qeyrətin, namusun son hesabatı. Ölən ərənlərin şəhid beşiyi, Qana bələnibdi evi-eşiyi! Millətin özünə […]

YALAN AYAQ TUTUB

Yalan ayaq tutub oynayır burda, Onu alqışlayan əllər çəpikdə. Kimi harda idi, oturub harda? Kimi ayaq altda qalıb təpikdə. Dildə hiylələrə plan qurulur, Qanun yalanlardan asılı qalıb. Dillər riyalara, sanki vurulur, Həqiqət künclərə qısılı qalıb. Maskalar taxılıb, sözlər boyalı, Abırdan, həyadan dəm vurur hamı. Batıbdı kiminin əhli-əyalı, Kiminin bəxtindən fışqırır kamı! Yerindən, yurdundan qaçanlar artıb, […]