Вы просматриваете: Главная >Архив для Mart, 2020

Dördlük

Ala ruhumuzu könül xoşluğu, Götürə dünyadan bu naxoşluğu. Gülə insanların üzü fərəhdən, Dərdə dərman ola can sirdaşlığı!!! 30.03.2020

DÜNYANIN NİZAMINI POZANLAR

  Dünyanın nizamını pozanlar, Hamıya və özlərinə quyu qazanlar, Hamımızın inancı gündən keçir, Hər kəsin inandığı dindən keçir. Hamı tapındığına səcdəyə bağlı, Bir gün kainatdan gələcək müjdəyə əsir edib ağlı! Sevgilər tükəndimi? İstəklər ayaq altına endimi? Hər kəs sevgi hekayəsinin qulu, Özünün anladığı yolu ram edib bilməcələrinə, Əsir edib ürəyini gecələrinə. Kim bətində yaşatdı Koronavirusu? […]

EY BAHAR

  Gəlirsən elə gəl, könüllər gülsün, Bəzə canım evin gülnən, ey bahar. Bağrıma İlahi eşqin tökülsün, Yer-göy sükutdadı dillən, ey bahar.   Şimşəklər hayqırsın, buludlar dolsun, Açan çiçək qalsın, solan qış olsun, Çaxnaşsın asiman, bol yağış olsun, Qon yelin çiyninə yellən, ey bahar.   Yamyaşıl donuna bürün yenə də, Eşqin şaxələnb çoxdan sinədə, Rəvac ver […]

DÖRDLÜK

Cana sevgisiylə çırpınan ürək, Ağlın tənəsindən qırpınan ürək. Hardansa sızılar ümid işığı, Onunla sabaha tapınan ürək… 12.03.2020