Dünyanın nizamını pozanlar,
Hamıya və özlərinə quyu qazanlar,
Hamımızın inancı gündən keçir,
Hər kəsin inandığı dindən keçir.
Hamı tapındığına səcdəyə bağlı,
Bir gün kainatdan
gələcək müjdəyə əsir edib ağlı!
Sevgilər tükəndimi?
İstəklər ayaq altına endimi?
Hər kəs sevgi hekayəsinin qulu,
Özünün anladığı yolu
ram edib bilməcələrinə,
Əsir edib ürəyini gecələrinə.
Kim bətində yaşatdı Koronavirusu?
Doğdu virus kabusu!
Gəlir dünyadan ölüm qoxusu,
Çəkilib gözlərin yuxusu!
Hamı qısılıb ümidinə,
Gümanını bağlayıb inandığı dinə.
Şükür edir sağ qaladığı günə.
Bəlkə hansısa iblisin ağlının məhsuludu bu,
İndi onu öldürə bilmir nə inac, nə ilac, nə su…
Qaçıb dünyamızın yuxusu!
Gözlərin ovuşdura-ovuşdura,
Əl-ayağın yığışdıra-yığışdıra,
Ölmüş insanların cəsədlərinə ağı deyir…
***
Dünyanın nizamını pozanlar,
Haqq yolunu azanlar,
İnsanlığa quyu qazanlar,
Öz taleyini tərsinə yazanlar.
Virus var-dövlət, sərvət tanımaz,
Şan-şöhrətə inanmaz,
Güman etməyin hamını qanmaz.
Qalxdığınız zirvələrdən vurar sizi yerə,
Udar sizi dərə!
Qayıdın haqq yoluna,
Bir azca vicadınız varsa
yanın bu dünyanın halına…
Sevginizi hiylərlə tükətməyin,
Şər yoluyla getməyin,
Şeytanı məmnun etməyin…
***
Dünyanın nizamını pozanlar,
Haqq, ədalətlə ölçülür ömrə anlar,
Hər dövürdə olub qanla dolu zamanlar,
Yalana, fitnəyə uyub imanlar,
Bədənlərdə tir-tir əsir canlar,
İmdad diləyən dilləri düşünün
Beyin qazanında qaynatdığınız hiylə biş-düşünün,
Təamı sizlərində dilinizə dəyəcək,
Sizləri də vaxtın dəyirmanı üyəcək.
Nə qədər gec deyil qayıdın haqqa,
Dürüstlüyü qurban verməyin nahaqqa!
Baxın hamımızı Korona hədələyir,
İçimizdə ümid mələyir!
Indi anladınızmı bəla yoxsul, varlı tanımaz?
Yapışdı boğazdan heç kəsin halına yanmaz.
Bir azca ağlınızı cibinizə yox,
vicdanınıza işlədin,
Haqqın yoluyla gedin….
İndi Koronavirus şah olub, hamımız qul,
Hamımız cəhd edirik tapaq xilasa yol!…
Bu yol insana sevgidən keçir,
Hamı nizam-tərəzidən keçir.
Gəlin təkcə zahiri yox, daxili insan olaq,
Vurmayaq bir-birimizə badalaq.
***
Dünyanın nizamını pozanlar,
Haqqa quyu qazanlar,
Qardaşlaşmaq vaxtıdır,
Çökən insanlıq taxtıdır!
Gəlin sevgilərimizi qoruyaq,
İçimizə xoş duyğular sarıyaq.
Can verən vicdanımızı arayaq.
Çöldə quşların cəh-cəhi,
Koronavirusun qəh-qəhi,
Bir də günəşin gülmüsəməsi var.
Təbiət bizi qorumağa çalışır,
Virusla vuruşur…
Könlümüzdə Novruz havası aşıb daşır!
Bu günə köklənmiş duyğularımız yaşasın,
İnsanlığı sağ-salamat gələcəyə daşısın.
Amin…
Amin…
21.03.2020
Şirinxanım Kərimbəyli Şadiman