Вы просматриваете: Главная >Архив для Mart, 2020

YEL ÇƏRŞƏNBƏSİ

Gəl apar qəlblərdən qəmi, kədəri, Açılsın ürəklər, Yel çərşənbəsi. Taleyin könlün al, sevdir qədəri, Sevinsin diləklər, Yel çərşənbəsi. Boya sevdalara həyatımızı, Çapaq yerə, göyə eşq atımızı, Sevindir sevgiylə busatımızı, Qoy əssin küləklər, Yel çərşənbəsi. Şumlansın tarlalar, əkilsin buğda, Qışın soyuqluğun basdıraq oda, Getsin yurdumuzdan bu il qan-qada, Yox olsun kələklər, Yel çərşənbəsi. Yığışaq bir yerə, […]

DƏRDİN ÇƏKİLMƏZDİR

Vətən, dərdin çəkilməzdir, Ölüm düşüm ayağına, Ürəyimi paramparça Bölüm düşüm ayağına. Şəhidlərin tabutlanır, Bağır çökür, diz qatlanır, Min bir yerdən qəlb çatlanır, Qəm yazılır varağına. İşğallarda ahar oldun, Yağılara nahar oldun, Bağrımızda qəhər oldun, Qan ələndi çırağına. Söylə necə atəşkəsdi? Hər addımı ölüm, nəsdi! Olan-qalan səbri kəsdi, Bir boylan bax sol-sağına. Talayanlar kef içində, Hər […]

NEYİN ÇATMIR, EY ADƏM

  Neyin çatmır, ey adəm, niyə kinin qurtarmır?! İlahinin sevgisi niyə içinə varmır?! Tükənmir didişmələr, içdən kinin püskürür, Dilində Allah gəzir, qəlbinə şeytan girir! Bu tökülən qanların ahı səni oyatmır, Bir ömür həyatın var, niyə ağlına batmır?! Canlıların içində hamıdan uca oldun, Yaradanı aradın, haqqına baca oldun! Bacadan dualar yox, kin-küdurət ucaldı, Dilin haqqı aradı, […]

Dördlük

Mənlik ləyaqətin ölçü vahidi, Həyatda yaşamaq deyildir adi. Uçurum öldürən, bataqlıq udan, Zirvədən baxanda qorxuncdu vadi… 02.03.2020