Вы просматриваете: Главная >Архив для Mart 16th, 2019

DEDİKLƏRİM

Yaltaqlığa əyilən bel düzəlmir… *** Zalım zülmüylə, alim elmiylə tanınar… *** İşıq düşən yerə can atarlar… *** İşıq qapanan yerdə zülmət toy-büsat qurar… *** Zəhmətin verdiyi xeyri heç kəsdən görə bilməzsən… 09.03.2019 Özündən razılıq uçuruma, özünü tənqid zirvəyə aparır… *** Dəyər verdiyinin kimliyi sənin səviyyəndən xəbər verir…. *** Ümidlər yananda tüstüsü ürəkdən çıxır… *** Hər […]

Bayatı

Sübhün gözü yaşlıdı, Dünya ikibaşlıdı … Kimi əpəy arayır, Kimi də daş-başlıdı. 16.03.2019

DÖRDLÜK

Üşüyən ümidlərim qışın sırarasıdı, Mən ürəkdən yanıqlı, ürək məndən asıdı. Baharın gəlişinə gül açır diləklərim, Yaşanan istəklərim həyatın mənasıdı… 16.03.2019