Вы просматриваете: Главная > Dediklərim > DEDİKLƏRİM

DEDİKLƏRİM

Yaltaqlığa əyilən bel düzəlmir…

***

Zalım zülmüylə, alim elmiylə tanınar…

***

İşıq düşən yerə can atarlar…

***

İşıq qapanan yerdə zülmət toy-büsat qurar…

***

Zəhmətin verdiyi xeyri heç kəsdən görə bilməzsən…

09.03.2019

Özündən razılıq uçuruma, özünü tənqid zirvəyə aparır…

***

Dəyər verdiyinin kimliyi sənin səviyyəndən xəbər verir….

***

Ümidlər yananda tüstüsü ürəkdən çıxır…

***

Hər gün ömür qazancıdır, ömür qazancını boşuna sərf etməyək…

***

Yaxşılğın ölçüsünü bil ki, səni dəli zənn etməsinlər…

***

Ürəyini işlətdiyin dəyərlər, bəzən canının zərərirlə tamlanır…

***

Elə et ki, sevdiklərinə xərclədiyin ömürdən sənə də qalsın…

10.03.2019

Düşmənin qabağından qaçmaq yox, qabağına qatıb qovmaq lazım…

***

Çox zaman istəklər imkanları üstələyir və adamı çarəsiz edir…

***

İnsanlıq məğlub olanda, şeytanlar meydan sulayır…

11.03.2019

İnsanın daxili kefiyyəti onun kimliyini formalaşdırır…

****

Hökmü verən zaman, hakimlik edən biz…

13.03.2019

Şərh üçün bağlıdır.