Könül qapımı döyən, Özünü şövqlə öyən, Mənə sevdadan deyən Səs tərəfə qaçıram, Dərdə qapı açıram. Qapımda duran uca, Cəftəmi vuran uca, Halımı soran uca, Bu sədaya acıram, Dərdə qapı açıram.
Doyulmur həyatın sevgisi heç vaxt, Dəryadır içində ləngər vurur baxt. Ömürtək keçici onun peymanı, Qanadı üstündə uçub gedir vaxt… 28.02 2019