Вы просматриваете: Главная >Архив для Mart, 2019

DEDİKLƏRİM

Qanmazı qandırmaq, canını yandırmaq deməkdir… *** Gördüklərim gözümdən, çəkdiklərim özümdən keçir… *** Oturub dizinə baxır, durub özünə… *** Ağlın getmədiyi yerə ürək birinci çatır… 26.03.2019

İkiliklər

Həyat şirin nemətdir, Onu xoş edən zəhmətdir… *** Ürək cana bağlıdır, Can həyatın nağlıdır… *** Həyatı sevmək lazım, Çəkdikcə çəkmək nazın… *** Dərdini cana sıxma, Canın evini yıxma… *** Zalıma olma vurğun, Artacaq hər gün ağrın… *** Novruz yığışıb getdi, Özün bir yaş böyütdü… *** Göylər gözündən ağlar, Adam sözündən ağlar… 26.03.2019  

DÖRDLÜK

Sözlər axın-axın gəlir üstümə, Yanıram bir kimsə gəlmir tüstümə. Göylər rəhm eləyir dolu yağdırır, Yerdəki zalımlar durub qəsdimə!… 26.03.2019

DÖRDLÜK

Hər Yerə toy tutan göyə üz tutur, İçdəki vicdanı tamam unudur. Anlamır dualar göydən yan keçir, Etdiyi duanı yer özü udur… 17.03.2019