Вы просматриваете: Главная > Şeirlər > İkiliklər

İkiliklər

Həyat şirin nemətdir,
Onu xoş edən zəhmətdir…

***

Ürək cana bağlıdır,
Can həyatın nağlıdır…

***

Həyatı sevmək lazım,
Çəkdikcə çəkmək nazın…

***

Dərdini cana sıxma,
Canın evini yıxma…

***

Zalıma olma vurğun,
Artacaq hər gün ağrın…

***

Novruz yığışıb getdi,
Özün bir yaş böyütdü…

***

Göylər gözündən ağlar,
Adam sözündən ağlar…

26.03.2019