Havanı dəyişməyin vaxtı çoxdan çatıbdı, Zili, bəmi nə vaxtdı biri-birinə qatıbdı, Baxma ki, bir çoxunun səs-sədası batıbdı, Bu hava yordu bizi, qırıldıq oynamaqdan, Bu çalınan havaya yorulduq oynamaqdan. Əllər dikəlib göyə fələyə yalvarırıq, Hər ağrıdan yorulan ürəyə yalvarırıq, İçimizdə ağlayan diləyə yalvarırıq, Parasız cibimizə sarıldıq oynamaqdan, Bu çalınan havaya yorulduq oynamaqdan. Yerdə əsəbləşibdi nərə çəkib […]
Mobil telefondan yapışan gəlin, Evində iş-gücün tökülüb qalıb. Qeybətlə, yalanla çarpışan gəlin, Qəlbin talan olub, sökülüb qalıb. Mətbəxdə qab-qacaq yuyulmayıbdı, Beşikdə körpən də haray qoparır. Qonum- qonşulardan vallah ayıbdı, Telefon azarın səni aparır. Qazanın nahara xörək gözləyir, Bir azdan gələcək ərini düşün. Səni sevgi dolu ürək gözləyir… Ayıl, özünə gəl, dərini düşün! […]
İnsan insan olmur əzizləməklə, Vicdanın səsləyib haqq diləməklə. Qurtulmaq olardı hər bir bəladan Nifrətdən içini təmizləməklə…
AY ƏZAZİL QAYNANA Ay əzazil qaynana, Girmə yar arasına. Ol gəlinə pak ana, Deyinmə qarasına. Oğlun ailə qurub, Ailə kiçik dövlətdi. Gəlinlə ara vurub Ev yıxmaq nə adətdi?! Analıq məhəbbətin gəlin də də aşıla. Kin dolu can səbətin, Oynama gözlə, qaşla. Gəlinin ağlı kəsmir, Sən dünyanı görmüsən. Hardan gəlibdi əmir, Üzünü […]