Вы просматриваете: Главная >Архив для Fevral, 2019

DÖRDLÜK

Həyat bizi yırğalayır gəmitək, Vaxt çatanda biçilirik zəmitək. Xoşbəxtliyin anlarını tutanlar, Qəmi silir gözlərinin nəmitək.. 18.02.2019

DÖRDLÜK

Əzabdan, fərəhdən dadıb yaşarıq, Könlümüz bulaqtək qaynar daşarıq. Ömür dərslərindən yaxşı-pis alıb Gah taleylə küsüb, gah barışarıq… 15.02.2019

Dediklərim

Olacaqdan yox, olmuşlardan nəticə çıxarmaq lazım… 05.02.2019

Dediklərim

4-5 uşaq anası çıxıb tv-yə deyir, mən bilmək istəyirəm mənim fiziki atam kim olub? A bala, get uşaqlarını saxla, bu yerə qədər bilməmisən sənin atan kim olub, bundan sonra neyinə lazımdır???…Bu tv-lər ağlını başına yığmalıdır, ipin qıran, mıxın çıxardan ordadır…biyabırçılıqdır… 07.02.2019