Вы просматриваете: Главная >Архив для Noyabr, 2017

DÖRDLÜK

Ürəkdə kök salır həyat duyğusu, Acıdır, şirindir min bir qayğısı. Bir andan sonranı bilmək olmayır, Zamandır  hər ömrün, canın oğrusu. 13.11.2017  

DÖRDLÜK

Ağladıb içimi yandıran ürək, Çəkdiyin ağrıya gün viran ürək. Doğulan günümdən yükümü çəkdin, Yorulub incidin, sağ haran ürək…?! 10.11.2017

DÖRDLÜK

Ağrıya, acıya əyilən həyat, Ömrümlə bir yerdə üyülən həyat. İçib sərxoş olub qəm qədəhindən, Dərdimin əliylə döyülən həyat… 10.11.2017

RUHUMU SILKƏLƏYƏN PAYIZ

  Ruhumu silkələyən, varlığımı ələkləyən könlümə qəm ələyən payız, Canıma niskilini bələyən payız. Buludların axıtdığı göz yaşları, Ruhumun ağrısını yuyur, Qəlbimdə uşaq kimi hönkürən Dəli duyğularım uyur… Xatirələr məni göyərçin qanadlarında uçurur, Canımı bədənimdən alıb qaçırır. Qanadlı küləklərin bağ-bağçada pərvaz edir, Budaqlardan qopub düşən yarpaqlar qəlbimi ayaz edir, İçimə qərib niskil doldurur, Ömür qapısını döyən […]