Könül qapımı döyən, Özünü şövqlə öyən, Mənə sevdadan deyən Səs tərəfə qaçıram, Dərdə qapı açıram. Qapımda duran uca, Cəftəmi vuran uca, Halımı soran uca, Bu sədaya acıram, Dərdə qapı açıram.
Misradan misraya düzülən şeir, Ürəkdə fəryadla çözülən şeir. Canı arı təki gülzara salan Könül pətəyindən süzülən şeir!… 24.11.2017