Könül qapımı döyən, Özünü şövqlə öyən, Mənə sevdadan deyən Səs tərəfə qaçıram, Dərdə qapı açıram. Qapımda duran uca, Cəftəmi vuran uca, Halımı soran uca, Bu sədaya acıram, Dərdə qapı açıram.
Hönkürən ağrılar uşaq kimidir, Zəhəri udmağa qaşıq kimidir. Ürəkdə ağrılar fəğan eyləyir, Ağrı da, zəhər də aşiq kimidir. 17.11.2017