Вы просматриваете: Главная >Архив для Noyabr, 2017

DİL DEYƏ BİLMİR

Ürəyə gələni dil deyə bilmir, Hıçqırır sözlərim ağız içində. Qəlbin xatirinə söz dəyə bilmir, Misralar ağlayır kağız içində.   Vicdanı qəfəsə salan adamlar, Məddaha, yaltağa boyun əyirlər. Yanır cızhacızla könüldə kamlar, Vaxt dəyirmanında ömür üyürlər.   Zamanın köhləni çapdıqca çapır, Zalımlar işləri tərsə çevirir. Bir qarın çörəyə kim yoldan sapır, Kimi də fələyin taxtın devirir. […]

NƏDƏN XƏLQ ETDİ 

  Kim kimin əlində əzildi getdi? Bütün ağrılara yük olan dünya. Ömürlər cunatək süzüldü getdi, Hamının gözündə tək olan dünya, Bəs səni Yaradan nədən xəlq etdi?!  

DÖRDLÜK

Hönkürən ağrılar uşaq kimidir, Zəhəri udmağa qaşıq kimidir. Ürəkdə ağrılar fəğan eyləyir, Ağrı da, zəhər də aşiq kimidir. 17.11.2017

DÖRDLÜK

Ey sabah, gəlirsən səadət gətir, Hər könlə, ürəyə xoş niyyət gətir. Bağçası gül açsın saf diləklərin, İnsan idrakına zehniyyət gətir… 14.11.2017