Gec-tez məzarlara döşənir bədən, Bəs insan insana yağıdır nədən? 25.10.2017 Allahın adıyla qana susanlar, Allahın özünə bəla insanlar… 25.10.2017
İnsanın daxili özünə bəlli, Özü bir sualdır, tapılmır həlli… 24.10.2017
Bu gecə ruhumu güldürən dostum, Qəfil kədərimi öldürən dostum. Daim şad xəbərlər döysün qapını, Könlümün bağından gül dərən dostum… 20.10.2017
Qafiyəyə dodaq büzən Qafiyəni nə qanırsan?! İçində ilhamın yoxdu, Özünü şair sanırsan. Kopyələyib qərb şeirini, Sanma ki, nəsə yaratdın. Düşünmə ötdün dərini Söz belinə şələ çatdın. Şeirin ahəngi olar, Bulaqtək qaynayıb çıxar. Hava təki könlə dolar, Çay təki qıvrılıb axar. Yazaram, deyən yekəbaş, Ədəbiyyat nə qanırsan?! Şeirdən eyləmə daşbaş, Özünü zorba […]