Вы просматриваете: Главная > Şeirlər > NƏ QANIRSAN

NƏ QANIRSAN

 

Qafiyəyə dodaq büzən

Qafiyəni nə qanırsan?!

İçində ilhamın yoxdu,

Özünü şair sanırsan.

 

Kopyələyib qərb şeirini,

Sanma ki, nəsə yaratdın.

Düşünmə ötdün dərini

Söz belinə şələ çatdın.

 

Şeirin ahəngi olar,

Bulaqtək qaynayıb çıxar.

Hava təki könlə dolar,

Çay təki qıvrılıb axar.

 

Yazaram, deyən yekəbaş,

Ədəbiyyat nə qanırsan?!

Şeirdən eyləmə daşbaş,

Özünü zorba sanırsan?!

 

Sözün başından yekədi,

Nə ruhun var, nə kimliyin!

Adın millətə ləkədi,
Yadlara quldu mənliyin!

18.10.2017

Şərh üçün bağlıdır.