MİN BİR NÖVDƏ İMİŞ İNSANLAR DEMƏ Min bir növdə imiş insanlar demə, Bir növü dünyanı bölməyə gəlir. İblistək güc edir gözlərdə nəmə, Tökdüyü qanlara gülməyə gəlir. Bir növü doğumla ölümə açar, Anadan olandan ağrıya düçar, Elə ömrü boyu haqqa əl açar, Sanki doğulan gün ölməyə gəlir. Bir növü haqqına eyləyir səcdə, Allahdan kimsəni görməyir gücdə, […]
Sən mənə çox görmə səcdəgahımı, Üzümə bağlama qibləgahımı, Ömrümə açılan sabahımı, Dəmlərdə hıçqıran günahımı, Ürəkdən qopan ahımı, Apar yağmurla, yağışla, Bağışla, Allahım, bağışla. *** Zülmlər doğur Ay kimi, Göz yaşlarım dəli çay kimi, Fəryadım sənə çatmır hay kimi, Bu dünya çoxuna vay kimi, Təndir acılarım yay kimi, Köməyimə kimi çağırım, kimi? Dövran məni öldürür şeytan […]
Ya Rəbbim, yetişdi haqqa ibadət, Etmişəm var ikən eşqinə adət, Qəfildən qapımı döyür səadət, Mənim ürəyimi yada salmısan, İlahi, sən məni oda salmısan. O ulu sevginə sadiq bəndəyəm, Sənin ülfətinə mən daməndəyəm, Mənim özümdədi, özüm məndəyəm!… Bütün vücuduma səda salmısan, İlahi, sən məni oda salmısan. Ürəyim ahıma baxa bilməyir, Ahım diləymi yaxa bilməyir, Donur gözdə […]
Ağladır zülmət için sevgiyə həsrət gecələr, Edir könlüm yenə də qəm ilə niyyət gecələr. Sevdirir eşqə canı, qaçmayır ondan uzağa, Salır ruhla savaşı hissimə izzət gecələr. Ay doğur, qaranlığı qərq edir nura sübhədək, Mən də bu məhəbbətə, edirəm heyrət gecələr. Yummuram gözlərimi, gözləyirəm Dan ulduzun, Tutub dilə onu mən eyləyim söhbət gecələr. Eşqimi bağlamışam kainat […]