Вы просматриваете: Главная > Şeirlər > ODA SALMISAN

ODA SALMISAN

Ya Rəbbim, yetişdi haqqa ibadət,
Etmişəm var ikən eşqinə adət,
Qəfildən qapımı döyür səadət,
Mənim ürəyimi yada salmısan,
İlahi, sən məni oda salmısan.

O ulu sevginə sadiq bəndəyəm,
Sənin ülfətinə mən daməndəyəm,
Mənim özümdədi, özüm məndəyəm!…
Bütün vücuduma səda salmısan,
İlahi, sən məni oda salmısan.

Ürəyim ahıma baxa bilməyir,
Ahım diləymi yaxa bilməyir,
Donur gözdə yaşım axa bilməyir,
Ağla ruh titrədən nida salmısan,
İlahi, sən məni oda salmısan.

Şadiman səcdədə sənə hər zaman,
Çəkmə nəzərini ruhumdan aman,
Sənin cövhərindən gəlir bu iman,
Ürəyə eşq adlı qada salmısan,
İlahi, sən məni oda salmısan.
13.03.2008

Şirin Xanım Kərimbəyli Şadiman

Şərh üçün bağlıdır.