Вы просматриваете: Главная >Архив для May, 2016

DÖRDLÜK

DÖRDLÜK Hamıya inanıb tökmə könlə dərd, Üzündən,  gözündən tanınmır namərd. Hər adam içində gizli dünya var, Ora keçmək üçün aşmalısan sədd. 11.05.2016  

DÖRDLÜK

DÖRDLÜK Hər kəsin dilinə aldanma heç vaxt, Sonra da sızlama qara olub baxt. Çalışıb xərcləmə ömrü boşuna, Min illə ölçülmür Allah verən vaxt. 09.05.2016

URMU GÖLÜ AĞISI

  URMU GÖLÜ AĞISI Güney Azərbaycanında Urmu gölü yox olmaq təhlükəsi ilə üz-üzə, o, insanları haraya çağırır… Çəkilib sinəmə dağlar, düyünlər, Tərsinə çevrilib indi beyinlər, Quruyur sularım, tükənir günlər, Yanıb köz oluram oduma gəlin. Ey Vətən deyənlər, dadıma gəlin. Adımı Urmugöl qoydu dədələr, Mənim harayıma yetmir gədələr, Dərdimi köksümdən gəlib didələr, Yığılın, ellilər, adıma gəlin. […]

DÖRDLÜK

  DÖRDLÜK Vətənin qoynunda boy atır millət, Onun qorunması ən böyük zəhmət. O bizə qan-kökdən, soydan ərmağan, Bəxşiş verilməyir heç vaxt əmanət. 05.05.2016