Вы просматриваете: Главная >Архив для İyun, 2016

DÖRDLÜK

Ağildan başlayir həyata hamı, Odur insanlığın yaşamaq kamı. Agılı hislərə qurban verənin Uçub tökuləcək ömrünün damı… 30.06.2016

BU ADAM BAZARINDA İNSANLIĞA ACAM MƏN…

BU ADAM BAZARINDA İNSANLIĞA ACAM MƏN Bu adam bazarında insanlığa acam mən, Haram var bu dünyadan baş götürüb qaçam mən? Gördüklərim həyatmı sutək ömrə calanıb? Quş təki canım ola qanad açım uçam mən. Bu tapmaca zamanın işığı gözə çatmır, Bəlkə cahan bir günah, bəndə adlı suçam mən? Kirin-kirin alışan saatlar gündən qopur, Ömür ocağı tüstü […]

KƏRƏMİNƏ ŞÜKÜR

KƏRƏMİNƏ ŞÜKÜR   Hamı sənə üzün tutub Kərəminə şükür, Tanrı. Dodaqlarda sözün tutub Bilinməyir məkir, Tanrı.   Göy üzünün günəşinə, Qəlbə düşən atəşinə, Adəmlə xoş gərdişinə, Canlarda eşq səkir, Tanrı.   Yalan dildə çox gizlənib, Ürəklərdə əzizlənib, Asimandan hikmət enib, Bizi haqqa çəkir, Tanrı.   Qəlb içində kir gəzdirən, Yamanlığı sirr gəzdirən, Sanki canda dürr […]

ÜRƏYİMDƏN DAŞ ASILIB

          ÜRƏYİMDƏN DAŞ ASILIB   Ürəyimdən daş asılıb, Dərdi bişirib yeyirəm. Canım ağrıma qısılıb Könül yolumu əyirəm.   Sevdalı günlər azalıb, Həyat işığım sozalıb, Ürəyim təzə söz alıb, Ruhuma ağı deyirəm.   İçərim közə bürünüb, Hər közü sözə bürünüb, Sevincim üzə bürünüb, Xətrinə qəmlə dəyirəm.   Günlərim qaçır ömrümdən, Hər işim […]