Вы просматриваете: Главная > Şeirlər > KƏRƏMİNƏ ŞÜKÜR

KƏRƏMİNƏ ŞÜKÜR

KƏRƏMİNƏ ŞÜKÜR

 

Hamı sənə üzün tutub

Kərəminə şükür, Tanrı.

Dodaqlarda sözün tutub
Bilinməyir məkir, Tanrı.

 

Göy üzünün günəşinə,

Qəlbə düşən atəşinə,

Adəmlə xoş gərdişinə,

Canlarda eşq səkir, Tanrı.

 

Yalan dildə çox gizlənib,

Ürəklərdə əzizlənib,

Asimandan hikmət enib,

Bizi haqqa çəkir, Tanrı.

 

Qəlb içində kir gəzdirən,

Yamanlığı sirr gəzdirən,

Sanki canda dürr gəzdirən,

Cana ağrı əkir, Tanrı.

 

Bilirsən ki, ruh əzabda,

Qalmayıbdı qəlbdə tab da,

Bizlərlə çox haqq-hesabda,

Ürəyi dərd sökür, Tanrı.

 

Ömür imkan, gündən bezir,

Bədən sağkən cana nəzir,

Bizlə qalır, bizlə gəzir,

Qəlbə sevgi tökür, Tanrı.

 

Bilən bilir, ey Şadiman,

Bir gün gəlir haqdan fərman,

Kömək etmir dərdə dərman,

Ruhu göyə çəkir, Tanrı.

16.06.2016

 

Şirin Xanım Kərimbəyli Şadiman

 

 

 

Şərh üçün bağlıdır.