Вы просматриваете: Главная >Архив для Fevral, 2016

QOLLARI DİBİNDƏN VURULAN…

QOLLARI DİBİNDƏN VURULAN Qolları dibindən vurulan Vətən, İtrilmiş torpaqlar sənin deyilmi? Bəxtinə qurğular qurulan Vətən, Başın üstə gəzən çənin deyilmi? Vətəndən yazmağı şivən sayanlar, Qul duruma girmək kişilikdənmi? Özgə havasına zövqlə uyanlar, Bu cür ömür sürmək kişilikdənmi? Vətənin sərvətin talayanlara, Vətən qucağında imarətlər var. Şərə quyruğunu bulayanlara, Bitib tükənməyən səadətlər var. Qarabağ düşmənin əlində nalan, […]

BİR İŞIQ İÇİNDƏ YUXU KİMİSƏN…

Dəyərli dostlara bir məhəbbət şeiri ! Doğmalarımızla mehriban olaq… BİR İŞIQ İÇİNDƏ YUXU KİMİSƏN Bir işıq içində yuxu kimisən, Yuxunun gözlərdən getməyi də var. Bahar ətri verən qoxu kimisən, Qoxunun çiçəyi ötməyi də var. Hicran yelləritək rahiyən şirin, Huşum yallı gedir, ürəyim dirin, Mən sənə söyləsəm dərdimin birin, Dərdin ağrını can etməyi də var. Bir […]

TANRISINDAN ÜZ ÇEVİRƏN ALLAHSIZDI LAQEYDLİK

TANRISINDAN ÜZ ÇEVİRƏN ALLAHSIZDI LAQEYDLİK Başımızdan əsib keçər bir sərsəri külək kimi, Ağlımızı, qəlbimizi əsir edər fələk kimi, Beynimizdə, ruhumuzda doğar arzu, dilək kimi, Sinəmizdə gözlənilməz tufan olar laqeydlik, Gürzə təki dəyməsən də adam çalar laqeydlik. Yolu-izi kəsər durar cəllad kimi, yağı kimi, Heç bir sinə dağ görməyib laqeydlik dağı kimi, Neçə-neçə ürəklərdən qopar gələr […]

DİN ADI ALTINDA BU VƏHŞİLİKLƏR….

DİN ADI ALTINDA BU VƏHŞİLİKLƏR Tökülən qanlara bəs deyən yoxdu, Dil deyən yalana kəs deyən yoxdu, Bunlar Yaradana – qəsd, deyən yoxdu, İnləyər beyinlər, sızlar iliklər, Din adı altında bu vəhşiliklər. İlahi bunumu əxz etdi bizə? Yerisin qan-qırğın, dərd evimizə, Artır fitnə-feil, boş-boş moizə, Hiylə qəlbə girər, vicdanı təklər, Din adı altında bu vəhşiliklər. Dağılır, […]