Вы просматриваете: Главная > Şeirlər > BİR İŞIQ İÇİNDƏ YUXU KİMİSƏN…

BİR İŞIQ İÇİNDƏ YUXU KİMİSƏN…

Dəyərli dostlara bir məhəbbət şeiri ! Doğmalarımızla mehriban olaq…

BİR İŞIQ İÇİNDƏ YUXU KİMİSƏN

Bir işıq içində yuxu kimisən,
Yuxunun gözlərdən getməyi də var.
Bahar ətri verən qoxu kimisən,
Qoxunun çiçəyi ötməyi də var.

Hicran yelləritək rahiyən şirin,
Huşum yallı gedir, ürəyim dirin,
Mən sənə söyləsəm dərdimin birin,
Dərdin ağrını can etməyi də var.

Bir sevda günəşi şölə içində,
Ruhumun çölləri lalə içində,
Ahımın əzabı ölə içində,
Onun hər müşgülə yetməyi də var.

Mən buludlu göyəm çaxıb keçirəm,
Günəşi yandırıb-yaxıb keçirəm,
Bəxtin ulduzutək axıb keçirəm,
Hər ağrı-acının bitməyi də var.

Şadiman biçarə dəli kimidir,
Baharın divanə yeli kimidir,
Gurşadlı göylərin seli kimidir,
Dolanda buludu ötməyi də var..
05.03.2011
Şirin Xanım Kərimbəyli Şadiman