Вы просматриваете: Главная >Архив для May, 2013

CÖVLAN ELƏYİR

CÖVLAN ELƏYİR Yenə könlüm quşu cövlan eləyir yarə tərəf, Görməyən tək yarini tez tutur üz zarə tərəf. Məni cəzb eyləməyib özgə gülün rayihəsi, Getmişəm öz gülümü tapmağa gülzarə tərəf. Tanıyırlar məni, sadiqliyimə yoxdur şəkk, Nəzərim yarə baxıb, baxmayıb əğyarə tərəf. Eşqi təsdiq elədim mən də o Leyla sayağı, Bir adam sövq edə bilməz məni inkarə […]

AY ŞUŞA

AY ŞUŞA Yolunu bağlayan düşmənlərə ölüm! Gözlərim qan ağlar, qəlbim dilim-dilim, Ayrılıq dünyada nə dəhşətli zülüm? Yolların qurtula dumandan, ay Şuşa… Alasan qisası zamandan, ay Şuşa! Biz səni yağıdan qoruya bilmədik, Yaralı köksünü sarıya bilmədik, Cəlladın kim oldu, araya bilmədik? Bəbəkdə yaşların göl oldu, ay Şuşa, Büsbütün Qarabağ dil oldu, ay Şuşa! Ürəklər partlayır həsrətin […]

BAŞIN ATIB YATAN GECƏ

BAŞIN ATIB YATAN GECƏ Başın atıb yatan gecə, Hicranı hər an arayır. Məni oda atan gecə, Bu yolla ad-san arayır. Duyğuları alıb qaçır, Könlü dərdə salıb qaçır, Ürəyimi çalıb qaçır, Dava edir, qan arayır. Sükutuna salıb təni, Töküb qəlbə yenə çəni, Sanki sanıb ölü məni, Bədənimdə can arayır. Gecə haqqın ətəyində, Zaman vaxtın yedəyində, Şadiman […]