May
04
BAŞIN ATIB YATAN GECƏ
Başın atıb yatan gecə,
Hicranı hər an arayır.
Məni oda atan gecə,
Bu yolla ad-san arayır.
Duyğuları alıb qaçır,
Könlü dərdə salıb qaçır,
Ürəyimi çalıb qaçır,
Dava edir, qan arayır.
Sükutuna salıb təni,
Töküb qəlbə yenə çəni,
Sanki sanıb ölü məni,
Bədənimdə can arayır.
Gecə haqqın ətəyində,
Zaman vaxtın yedəyində,
Şadiman söz pətəyində,
Balı yığan şan arayır.
15.08.2008
Bir cavab yazın
Şərh yaza bilmək üçün giriş etməlisiniz.