YAĞIŞIN İÇİNDƏN ÇIXIB GƏLMİSƏN Yağışın içindən çıxıb gəlmisən, Ruhumu dindirən küləklər təki. Bütün sərhədləri yıxıb gəlmisən, Ağıl dərk etməyən mələklər təki. Yağmurtək gözlərin dolub sənin də, Bəbəkdə dolaşır çiskin , çənin də, Sevdalar toy qurub indi tənində, Hissləri qaynadan diləklər təki. Yağış da yuyunur göy-yer tozundan, Boğaza yığılıb bulud nazından, Sanki layla gəlir xoş avazından, […]
VƏTƏN ƏQLİN HİKMƏTİDİ Vətən əqlin hikmətidi, Onun eşqi candan gəlir. Hər millətin nemətidi, Məhəbbəti qandan gəlir. Ondan keçmək olarmı heç? Ocaqsız el qalarmı heç? Ürəyə od salarmı heç? Sədası hər yandan gəlir. O yuvadır sökmək olmaz, İçinə şər tökmək olmaz, Hər qoltuğa bükmək olmaz, Yurd özü ad-sandan gəlir. Vətən cigər -paramızdır, Qorumasaq yaramızdır, Sığınmağa çaramızdır, […]
ƏSLİ-SOYU TAMAM DANAN Əsli-soyu tamam danan, Hardan gəlib, hara getdi? Doğmya yox, yada yanan, Harda idi, hara yetdi? Bədən cana xain çıxmaz, Yaramaza kimsə baxmaz, Şər əlindən heç buraxmaz, Bülbül susdu, qarğa ötdü. Qrantlarla bəslənənlər, Bu eşq ilə süslənənlər, Düşmənlə bir səslənənlər, Könlə gələn sözdə bitdi. Atı minib tərsə çapan, Öz xalqına çirkab atan, Bilinməyir […]
KİTAB BİR İŞIQDIR… Kitab bir işıqdır mənəviyyata, Ondan nur tökülür gözəl həyata. Bütün bəşəriyyət ondan güc alır, İnsan bu nur ilə qalxır ucalır. Sönməz işığıdır tutub dünyanı, O, nura boyayır eşqlə hər yanı. Allahın dinləri kitabdan gəlir, Haqqın dürr varlığı hesabdan gəlir. Onun çeşməsindən can qidalanır, Beyindən, şüurdan güc sevdalanır. Rəbbinə sevdirir ürəyimizi, Eşqə pərçimlədir […]