Вы просматриваете: Главная > Şeirlər > YAĞIŞIN İÇİNDƏN ÇIXIB GƏLMİSƏN

YAĞIŞIN İÇİNDƏN ÇIXIB GƏLMİSƏN

YAĞIŞIN İÇİNDƏN ÇIXIB GƏLMİSƏN

Yağışın içindən çıxıb gəlmisən,
Ruhumu dindirən küləklər təki.
Bütün sərhədləri yıxıb gəlmisən,
Ağıl dərk etməyən mələklər təki.

Yağmurtək gözlərin dolub sənin də,
Bəbəkdə dolaşır çiskin , çənin də,
Sevdalar toy qurub indi tənində,
Hissləri qaynadan diləklər təki.

Yağış da yuyunur göy-yer tozundan,
Boğaza yığılıb bulud nazından,
Sanki layla gəlir xoş avazından,
Ruh oxşar sevdalı ürəklər təki.

Niyə yağış ilə qol-boyun oldun?
Bu ürkək çağıma bir oyun oldun,
Dəli istəyimə sən boyun oldun,
Gəzirsən qəlbimdə kələklər təki.

Yağmur da da yorulub çıxıb gedəcək,
Buludu özünə yuva edəcək,
Gözlərim hər yerdə səni güdəcək,
Qəlb səni gəzəcək dirəklər təki.
19.02.2013

Bir cavab yazın