Fev
15
VƏTƏN ƏQLİN HİKMƏTİDİ
Vətən əqlin hikmətidi,
Onun eşqi candan gəlir.
Hər millətin nemətidi,
Məhəbbəti qandan gəlir.
Ondan keçmək olarmı heç?
Ocaqsız el qalarmı heç?
Ürəyə od salarmı heç?
Sədası hər yandan gəlir.
O yuvadır sökmək olmaz,
İçinə şər tökmək olmaz,
Hər qoltuğa bükmək olmaz,
Yurd özü ad-sandan gəlir.
Vətən cigər -paramızdır,
Qorumasaq yaramızdır,
Sığınmağa çaramızdır,
Vüsalı hər andan gəlir.
Bu Şadiman qərib olsa,
Gözü dolub yolda qalsa,
Əgər xain çıxan olsa,
Hər sözü min dondan gəlir.
14.02.2013
Bir cavab yazın
Şərh yaza bilmək üçün giriş etməlisiniz.