Вы просматриваете: Главная > Şeirlər > KİTAB BİR İŞIQDIR…

KİTAB BİR İŞIQDIR…

KİTAB BİR İŞIQDIR…

Kitab bir işıqdır mənəviyyata,
Ondan nur tökülür gözəl həyata.
Bütün bəşəriyyət ondan güc alır,
İnsan bu nur ilə qalxır ucalır.
Sönməz işığıdır tutub dünyanı,
O, nura boyayır eşqlə hər yanı.
Allahın dinləri kitabdan gəlir,
Haqqın dürr varlığı hesabdan gəlir.
Onun çeşməsindən can qidalanır,
Beyindən, şüurdan güc sevdalanır.
Rəbbinə sevdirir ürəyimizi,
Eşqə pərçimlədir dirəyimizi.
Ali həqiqətlər sirdən açılır,
Haqqın nuru təki sübhə saçılır.
Qoymayır korlaşa bu gözümüzü,
Daima eyləyir ağ üzümüzü.
***
Kitabdan qaçanın beyni darlaşır,
Ürəyi, diləyi, zehni darlaşır.
Ondan gözəl barat yox bu həyata,
Kitab bir işıqdır mənəviyyata.
07.04.2008

Bir cavab yazın