Fev
11
GÜLÜŞLƏR QONUB
DODAĞA
Gülüşlər qonub dodağa,
Bir incə mətləb istəyir,
Vurur özün daşa, dağa,
Ürəyimdən təb istəyir.
Çeşmə-çeşmə sular təki,
Zirvələri çalar təki,
Gəlib qəlbi alar təki,
Yara vurub həb istəyir.
Heyrətinə bürünmüşəm,
Arxasınca sürünmüşəm,
Hara baxsa görünmüşəm,
Hər eyhamda dəb istəyir.
Gülüşlərin əvəzi yox,
Çəkəcəyim tərəzi yox,
Mənimlə bir qərəzi yox,
Qəmimdən ədəb istəyir.
12.02.2013
Bir cavab yazın
Şərh yaza bilmək üçün giriş etməlisiniz.