Вы просматриваете: Главная > Şeirlər > MƏN NİYƏ GÖZLƏDİM

MƏN NİYƏ GÖZLƏDİM

MƏN NİYƏ GÖZLƏDİM

Mən niyə gözlədim yolunu sənin?
Bir ömür beləcə bitdi çarəsiz.
Ötən günlərimiz kino lentitək
Gözlərim önündən ötdü çarəsiz.

Şübhələr dolaşdı yuxularımı,
Həyat ətri verən qoxularımı,
Ağlatdı, güldürdü qorxularımı,
Ocaq tüstüsütək itdi çarəsiz.

Əqlin biganəlik libasın geydi,
Eşqin qarşısında özünü öydü,
Dəli hıçqırtılar qəlbimi döydü,
Sənə xəyallarda yetdi çarəsiz.

Bir ömür bəs etməz deyirdin mənə,
Gözümə sığınan nəm batıb çənə,
Məhəbbət əmanət etmişdim sənə,
Ürəkdən ayrılıb getdi çarəsiz.
08.02.2013

Bir cavab yazın