Вы просматриваете: Главная >Архив для Noyabr, 2020

AZƏRBAYCAN ƏSGƏRİ

  Nə xəbərdir bu səhər qulaqlarım eşitdi?! İçimdəki niskilim alıb başını getdi, Hönkürən diləklərim bu gün mərama yetdi, Can deyir sənə ürək, Azərbaycan əsgəri, Haqq savaşın mübarək, Azərbaycan əsgəri!   Eşitdim ki, yağının üstə şirtək gedirsən, İşğal altdan yurdları bir-bir azad edirsən, Qurd ürəkli əcdadın ruhunu yad edirsən, Köməyin olsun fələk, Azərbaycan əsgəri, Haqq savaşın […]

DAYAĞIMIZ OLMUSAN

  Çətin gündə daima dayağımız olmusan, Könlümüzdə solmayan çırağımız olmusan, Düşmən aşa bilməyən şiş dağımız olmusan, Bu dünyada arxamız, pənahımız, Türkiyə, Səni şərdən qorusun Allahımız,Türkiyə.   Ey sultanlar ölkəsi, məmləkətin var olsun, Açsın xeyir qapını, hər gün sənə yar olsun, Dilbər səltənətində həmişə bahar olsun, Yurda müjdə gətirsin sabahımız, Türkiyə, Səni şərdən qorusun Allahımız,Türkiyə.   […]

GÖZÜN AYDIN OLSUN, ŞUŞA

Əsgərimiz səf bağlayıb düzülübdü sıralara, Məlhəm çəkir otuz illik köz bağlamış yaralara, Saf qaliblik sədamızın səsi gedir haralara… Ordumuzun nərəsindən haray düşüb boz dağa-daşa, Azadlığın mübarəkdir, gözün aydın olsun, Şuşa! İndi daha başımız da sinəmizdən qalxacaqdır, Durna gözlü bulaqların durulaşıb axacaqdır, Nər oğullar yağıların axırına çıxacaqdır, Açsın qoynun “Cıdır düzü” soy bildiyi hər yurddaşa, Azadlığın […]